Düşüncəmi duymamaqçün,
Musiqiyə səs verirəm,
Mən bir cəsəd olmamaqçün,
Dayanmadan rəqs edirəm.Önümdəki yeməkləri,
Yesəm belə həzz almıram.
Yenə də bütün əməklərim,
Heç olmasın, ac qalmıram.Yaşadım yaşamaq qədər,
Ölüb olmadım əbəs.
Bir səs, qəfəs və nəfəs,
Məncə edər bu da bəs.Gözüm varsa baxıram,
Mən hər şeyə doyunca.
Sözüm varsa yazıram,
Vərəqlərim boyunca.Addımım var yol varsa,
Yataq varsa yuxum var.
Xərcləyirəm pul varsa,
Pulum varsa yaxın var.Dərim varsa toxunub,
Hiss etməkdən qorxuram.
Arada bir yıxılıb,
Görülməkçün qalxıram.Çətinmiş insan olmaq!
Niyə buna məcburam?
Qurtulub imtahandan,
Deyə bilmək: Mən buyam!Bəlkə mənə çətin gəlir?
Bəlkə bunlar təqliddi?
Və bu şeir bütünlükdə,
Bir özünütənqiddi?Bax, mən də sizdən biri!
Sizin kimi davranıram.
İçimdəysə gizlənmirəm,
Özüm kimi qıvranıram.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.