Viski, solmuş yarpaqlar və günbatımı.

20 1 0
                                    

Qızıl rəngli yarpaqlar,
Necə də uyum içindədi,
Viski dolu bardaqla.
Pianonun üstündəki,
İncə, uzun barmaqlar,
Qəmli notlar çalmaqda,
Həmin qəmli notlarsa,
Necə də uyum içindədi,
İçimdəki axmaqla.

Başlayır və bitir payız,
Torpaqdakı ətir payız,
Evdə qalmış çətir payız,
Solduraraq ağacları,
Bir şahəsər çəkir payız.

Xəzəllərin arasında,
İzlədiyim günbatımı,
Və bardağın yarısında,
Aldım viskinin dadını.

Yarpaqların faciəsi,
Hər payızın gözəlliyi,
Solmuşları yad eləsin,
İtirdikcə qızıllığın.

Bu ana sehir qarışıb,
Bu ana şeir yaraşır,
Niyə kədərin fəslində,
İçimə sevinc daraşıb?

Günbatımı sona doğru,
Neçə də çirkin hal alıb.
Dönüb olub qan çanağı.
İçimdə bir kin yaranıb.
Bu qızarmış gözlərimlə,
Bu qızarmış yanaqlarım,
Necə də uyum içindədir.

Necə də uyum içindədir,
Mənimlə bu soyuq payız,
Qızıl kədər hər fəsildə,
Hər an daim içimdədir.

Necə də uyum içindədir,
Getdikcə itirən dadını,
Viski dolu bu bardaqla,
Solmuş qızılı yarpaqlar,
Bir də çirkin bir hal alan,
Qan rəngində gün batımı.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin