Heç özüm də bilmirəm.

33 7 2
                                    

Misralara mismarladım hüsranlarımı,
Məni görən gözlərinsə islanmalıdı,
Ağlayırsan? Dayan, dəsmalım hanı?..
Qəlbimdə az da olsa hiss qalmadımı?
İnan, heç özüm də bilmirəm.

Səs salma... Mənim qulaqlarım kar,
Gözlərim kor, ağzım isə bağlıdır.
Uzun vaxtdı hiss etdiyim tək şey isə ağrıdır.
Hə, düz tapdın, axrıdır.
Artıq getmək vaxtıdır.
Belə daha yaxşıdır.

Yox!
Mən "get" deyəndə "qal" nəzərdə tutmurdum.
Nə səni unutmurdum, nə əlindən tutmurdum.
Heç özümü bu əzabla Xəzərə də atmırdım.
Nə vardısa deyirdim, sözlərimi udmurdum,
Get deyirəm, yəni get!

İfadəsiz sifətim dönüşübdü divara,
Gözlərimin içində qarışıb ağla qara,
Yerimə də ağladın, daha heç ağlamaram,
Getməyə razısansa soruşma məndən "hara?",
İnan, heç özüm də bilmirəm.

Olsun əşi, bilmə heç,
Sən getdiyin, mənsə qaldığım yeri.
Çatanda məktub yazsan,
Cırıb tullayacağam, bunu isə bil yəni.

Bəli,
Mən günahkaram, susmalıyam, doğrudur.
Amma axı,
Hekayənin pisinin də şeir yazma haqqı var.
Soruşma ki, "Həqqi var?",
İnan, heç özüm də bilmirəm...

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin