Kanalı dəyişdim yenə radioda,
Və birdən çalındı bizim mahnımız.
Amma ki, dəymədim, səsin almadım,
Çünki bu notlarda izin qalmayıb.Bu sevgi sözləri, mənə yad o da.
Bütün yarpaqların soyundu payız.
Bu həzin musiqi, bu sonuncu vals.
Gəlib sinəm üstə tez oturdu yas.Bütün bu hekayət bir növ retrodur.
Radio üzümə həsrət öskürür.
Viski şüşəsi də mənə göz vurur.
"Yadında o günlər?" Mahnı üz vurur.Yenidən qayıtdım həmin epizoda,
Radioda çalınır bizim mahmımız,
Mən isə sərxoşam, içib halsızam,
Bir də dinləməyə dözüm qalmayıb.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.