Şahəsər

126 15 3
                                    

Mənə bir yol göstərib,
O yolla get dedilər.
Mən o yanı istədim,
Bu yanla get dedilər.

Uşaqlıqda..
Mənə heç vermədilər fırça ya boyanı,
Bəlkə rəssam olacaqdım yaradıb bir şahəsər.
İçimdəki öldürülmüş bu rəngləri oyadıb,
Sürreallıq qatacaqdım mənzərəyə dahicə. -

Heç öyrətmədilər notları, do-nu fa-nı ya lya-nı,
Oturmadım vaxtında bir piano başına.
Bəlkə də barmaqlarım musiqiyçün yaranıb,
Mənimsə yaşadığım bir uşaqlıq yalanı.

Mən heç cəsarət etmədim çıxarmağa səsimi,
Sus dedilər danışma, kəsdilər avazımı.
Yazdığım bu sözlərin unutdum oxunuşun,
Bəlkə səsimdə vardı bir Tanrı toxunuşu.

Bəlkə də mən bilmədiyim bir dinin rahibiyəm,
Hələ də kəşf etmədiyim bacarıq sahibiyəm.
Edəcəyim hər şeyçün necə də könülsüzəm,
Və mən heç ölməmişəm, bəlkə də ölümsüzəm.

Mənə qələm verdilər, birdə bəyaz kağızı,
Bir qələmlə yazmaqdan başqa nə edəcəkdim?
Bu bir məcburiyyətdi, deyil alın yazısı,
Başqa yollar görmüşdüm, oraya gedəcəkdim. -

Sanki içimdə bir parça Vincent Van Gogh karması,
800 əsərimsə gözlərində bir qəpik.
Sanki dönüşüb oldum hekayəmin Kafkası,
Atdığım addımlarım izlərimdən iyrənir. 

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin