Hər hekayə sonunda...

25 2 0
                                    

Hər hekayə sonunda,
bir ağlayan olacaq.
Sadəcə bir.
İkinci də gülmür heç,
Və tez tez sayaqlayır.
Göz yaşları yanaqdan,
Sürüşəndə axsayır.

Hər hekayə sonunda,
Sənə üç əl uzanır,
Yapışıb bədənindən,
Səni qaldırır göyə,
İşıqsız gözlərinin,
Baxışı deyir: Niyə?

Hər hekayə sonunda,
Bir şeytan gizlənibdir.
Amma mələk donunda.
Dayanmışdı yanında,
Qolu isə qolunda,
Üzükləri taxdınız,
O gün toy salonunda.

Məzarlığa yağış yağır,
Ölülər islanırmı?
Baş daşları batırlar.
Yaşadığım barədə,
Dəlildən iz qalırmı?

Hər hekayə sonunda,
Baş daşında boş baxan,
Bir rəsmə çevrilirik.
Oradan dünyamızı,
Qıraqdan seyredirik,
Və bir yağış seliylə,
Yıxılıb devrilirik.

Bu hekayə sonların,
Axı kim yazıb belə?
Faciəvi, kədərli...
Tanrı dediyin məgər,
Qəhərlənib küsərmi?
İçib sonra qusarmı?
Və boş bir vərəq açaraq,
Yeni hekayəsini,
Ağlayaraq yazanmı?

Hər hekayə sonunda,
Yeni biri cücərir,
Solmaq üçün açılan,
Rəngli bir çiçək kimi.
Qırılmaqçün döyünən,
Titrək bir ürək kimi.

Mənim də hekayəmin,
Sonu yaxınlaşırmış.
Dodaq gülümsəsə də,
Gözlər sağollaşırmış.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin