Çiçəklər ölürdü dörd yanımızda,
Sən, gəl bu yolların dön yarısından.
Titrək bir parıltı göz qaramızda,
Həvəslər ölürdü söz yarasından.Uzaqsan bəlkə də ulduzlar qədər,
Gecələr seyr edir yalnızlar səni.
Qəlbinə yapışan adsız lənətəm,
Qəlbimə yapışıb arsız bir kədər.De görüm xoşbəxtsənmi?
Bədbəxtlik var bunun harasındasa,
Rəngli kəpənəklər arasındasan,
Hekayə sonunun sonrasındasan,
Çiçəkli kaktuslar səhrasındasan.Göyqurşağımdakı çəhrayıdasan,
Başlanğıc, həm axır, həm yarıdasan,
Sən bu işıqsan hər yanı saran,
Yenə də sayəndə hər anım qara,Bir bunu bilirəm,
Tək qalacaqsan.
De görüm xoşbəxtsənmi?Qaranlıq bağçamı pəncərədən süz,
Aramızda çoxdu pərdələr onsuz,
Çox daha yaxşıdı məncə də mənsiz,
Necə də rəngarəng mənzərə qəmsiz.Bir yığın şeirin dəymədi xeyiri,
Bir illuziya imiş sevginin sehiri,
Yolunu itirib gecə səhərin,
Dönüşüb səhər, həm gecə zəhərə.De görüm xoşbəxtsənmi?
Yadıma düşdükcə səfsətələrin,
Daha da qəzəbli qəhqəhələrim,
Qalmışam o anda deyəsən hələ,
Sakitcə gəzirik tutub əl-ələ.Bilirəm, geridə qalıb gerilər,
Yenə də ayaqlar ora yeriyir.
Bu yolun sonunu görmür gözlərim,
Yenə də gəlirəm axı mən niyə?De görüm xoşbəxtsənmi?
Əslində bilirəm bunun cavabın,
Gətirə bilmirəm sonun davamın,
Yenə də sevirəm, bir az avamam,
Bilirəm, demisən, dayaz adamam.Əslində bilirəm bunun cavabın,
Yenə də adətim, gəzim avara,
Ağlını itirib məntək havalan,
Və yaz ki, orada necə havalar?Bilirəm, bilirəm hər şeyi yaxşı!
Yalanı, dolanı, gerçəyi yaxşı!
Xoşbəxtsən, deyilsən, bunu bilirəm!
(Çobanyastığıyla danışdım indi)
Sevirsən, sevmirsən, onu bilirəm!Bilirəm, bilirəm, hər şeyi yaxşı!
Yalanı, dolanı, gerçəyi yaxşı!
Xoşbəxtsən, deyilsən, bunu bilirəm!
Sevirsən, sevmirsən, onu bilirəm!De görüm...
Ya demə,
Yaxşı bilirəm!
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.