Sənə bənzəyir.

4 1 0
                                    

Ürək döyüntülərim belə,
Bir az sənə bənzəyir,
Ritmsiz, hərarətli,
Göy guruldayır indi,
Yağış altda bir oğlan,
Çətirsiz, cəsarətli.

Göy gurultusu belə,
Bir az sənə bənzəyir,
Parlaq və də qəzəbli,
Hamı çətirin açır,
Yağış altda bir oğlan,
Ağlaq, xeyli əzablı.

Göy gurultusunu eşidən sən,
Qəlb döyüntüsünü eşitməyirsən,
Axı qəlbin dili yox,
Çağırsın ki, yüksəkdən,
Hara gedirsən?
Ya niyə gedirsən?

İstəyirsən nəbzimi ölç,
Göy gurultusu yağışın sədası olduğu kimi,
Nəbz qəlbin sədasıdır.
O da sənin kimidir,
O da sənə bənzəyir.
Axtaranda tapmıram.

Göy sənə guruldamır,
Amma onun səsindən,
Necə də diksinirsən.
Sənə döyünən qəlbdən,
Qorxub geri qaçırsan,
Qaçaraq tərk edirsən.

Göylər də qəmgin görünüb,
Ortadan yarılacaq.
Sənin də qəlbin döyünür,
Döyürəm, qapını aç.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin