"Uzat əlini..."

30 6 0
                                    

Uzat əlini, topla ulduzları çantana,
Uzandıqca bəşərində uğursuzluq yan-yana.
Hər bədəni boş qoyanda bu ruhsuzluq az qala,
Başlamışıq biz ölümü qüsursuzluq sanmağa.

Məsumiyyət səmadadı, gözlərində əks edir,
Günahkar ayaqlarımız köz üstündə rəqs edir,
Hər şeytanın bəlli olur sözlərində məqsədi,
Taparsan əgər gəlsən izlərimlə məhşəri.

Tanrı, oradasan? Yuxarılarda bir yerdə?
Hansı çuxurun dibindəyəm görəsən öz zirvəmdə?
İstəyirəm günah adlı bataqlıqda kirlənmək,
Ya da zehnimin otaqlarında uşaqlıqda gizlənmək.

Kainat sadəcə pərdədi Tanrıyla aramızda,
Dualar qarğışları ardınca aparırlar,
Səni yaradır, sənsə onu ağlınla yaradırsan,
Və sonra da şübhə adlı ağrınla yaşayırsan.

Buludlu göz bəbəklərim,ulduzlardan ayrıyam,
Hər əzama batırırdı yaradılışım sancılar,
Düşündükcə yox oluram və bu çatır axrıma,
Düşünürəm...
Düşünürəmsə, deməli, Tanrı var...

Nə qədər axmaqcadı,
Əbədiyyət axtarıb,
Axmaq kimi görünmək.
Nə qədər qəddarcadı,
Bir ömür səmaya baxıb,
Son - torpağa gömülmək.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin