Qəlbimin orbiti.

19 6 0
                                    

Sən gözümdən düşə bilərsən,
Axan yaş olmaq necədir görəsən?
Və bəlkə də başa dönərsən,
Yenə həmin həvəs olub, öləsən.

Qəlbimin ətrafında fırlanır bu kədər,
Çünki bilir içində qalmayıbdı qətiyyət,
Solmuş qızılgülləri yığmışam buketə,
Ruhumun rəsmin sənə edəcəyəm hədiyyə.

Qəlbimin ətrafında fırlanırdı sevincim,
Çünki bilir içində, sən varsan, günəştək.
Qəlbim ən saf halının əbədi bir eviydi,
Necə ki, milyard illərdi parlayırsa günəş tək.

Qəlbimin ətrafında,
Nifrət də var, qorxu da.
Təəccüb də, sorğu da,
Hərəsi öz orbitində,
Fırlanırlar yorğun hal.

Kainat bu qədər çirkin deyildir məncə,
Sonsuz sayda qalaktika bədənimdə əsrimdir.
Sənsiz nəsə hiss etmək mümkün deyildir məncə,
Və həyatın yarandığı tək yer elə qəlbimdir.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin