Bu gecə mən səni yuxuda gördüm,
Qanadım açıldı, yuxarı uçdum,
Uzaqdan uzağa, yaxına qaçdım,
Ayağım sürüşdü, çuxura düşdüm.Bu gecə mən səni yuxuda gördüm,
Dərhal sevincimi kağıza yazdım,
Qəlbimə kaşki'lər, axı'lar hördüm,
Yoruldum, özümü axına atdım.Sən məni görəndə yuxun qarışdı,
Bəlkə də oyanıb suya danışdın,
Bir çaya qarışdım, dənizə daşdım,
Buluda dönüşdüm, başına yağdım.Bu gecə mən səni yuxuda gördüm,
Bəs deyirlər olmur yuxuda ölmək?
Ey həyat, nə olar, yuxumu bölmə.
Yuxuma gəlir o yuxum gələndə.Yuxular qəribə görüş yeridi,
Mənim gündüzlərim günəşlə bitir,
Beyin xəyal edir, könül sevinir,
Sevinc reallığa dönüşlə bitir.Bir kabus olmasa kaş ki, oyanmaq,
Mənə başa saldı o həmin yuxu,
İstərsən mənimlə eşqə boyanmaq?
Əzizim, mən səni sevirəm axı.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoesieŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.