Yıxıntıların arasında.

27 7 0
                                    

Yıxıntıların arasından,
Baş qaldırır sıxıntı.
İçimdə xəfif rüzgar,
Bir də çiskin yağıntı.

Yıxıntıların arasından,
Ucalır bir bağırtı.
Onu dinləmək asan,
Ona getmək ağırdı.

Yıxıntıların arasında,
Ümid də var, həyat da.
Gecəyə dönsə saatlar,
Ölüm daha yaxındı...

Yıxıntıların arasında,
Rüzgar gəzdirir məni.
Ruhum sanki kağızdı.
Hər yıxılan ümidim,
Daha da əzdirir məni...

Təməli sağlam binalar,
Gör necə də dağıldı.
Təməli sağlam dostluqlar,
Elə orda boğuldu...

Yıxıntıların arasında,
Sətirlərim axındı.
Axır diblərə doğru...
Yeni təblərə doğru...

Yıxıntıların arasında,
Bu sətirlər görəsən,
Hansı ruha toxundu?
Hansı yerdə oxundu?

Yıxıntıların arasında,
Tək sağlam qalan bina,
Pəncərədən gözləriylə,
Sanki mənə baxırdı.
İçində stul və ip,
Tavanında çıxıntı..
Bəlkə də o bağırtı,
Məni ora çağırdı...

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin