Əbədiyyət qapısında.

20 6 0
                                    

Hiss edir ölümü,soyuqdu ətri,
Əbədiyyət qapısında.
Yazacaq vərəqə sonuncu sətri,
Ədəbiyyat qapısında.

Ağarmış telləri və qırışlı əlləri,
Zehnindən toplayır keçmişin küllərin,
Unudub qadınların qarmaşıq dillərin,
Aparır sonuna doğru, saymayır günləri.

Ümidini kəsmiş, otağa qapanmış,
Bu otaqda çox şey var axı yaşanmış.
Bir sevgi yaşatmış, bir ailə yaratmış.
İlahi, qocalmaq necə bir yaraymış?

Zəifləmiş göz, titrəyən ayaqlar,
Nadirən qapıdakı o süni qonaqlar,
Zəhmətlə yaratdığı bağçada alaqlar,
Gecələr taxtda tək, adını sayaqlar.

Qulağı eşidir təkcə öz səsin,
Və onu anlamır ondan özgəsi,
Yadlaşıb sevginin üzünün cizgisi,
Tozlanıb evdəki o tək güzgüsü.

"Kaş ki, o öləndə ölə bilsəydim!
Kaş ki, gəncliyimə dönə bilsəydim.
Kaş ki,Tanrı, yanına gələ bilsəydim.
Kaş ki, bu kaşkiləri silə bilsəydim."

Hiss edir ölümü, əzabın bitişin.
Dinləyir son dəfə quşların ötüşün,
Əlini sallayıb dünyayla görüşür,
Sevgi gözləyir onu, səbəbi gedişin,
Əbədiyyət qapısında...

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin