Yer üzündəki Tanrı.

14 1 0
                                    

O özünü yer üzündə Tanrı sanır,
Ekzistensial krizis, birdən qarnı sancılanır.
Əyyaş bir faytonçu öz atını qamçılayır,
Bu dünya bir cəhənnəmmiş, gözündən yaş damcılayır.

O özünü yer üzündə Tanrı sanır,
Sorğuların yaratdığı ağrıları sarğılayır.
Bəşəriyyət beşiyini öz əliylə yırğalayır,
Oğurlayıb mələkləri cəhənnəmdə dans eləyir.

Ya ona yazığım gəlir, ya ona qibtə edirəm,
Özümə qıraqdan baxıram, özümə şübhə edirəm,
O özünü Tanrı sanır, onunla söhbət edirəm
O sanki bir əbədiyyət, mən isə sübhə qədərəm.

O özünü Tanrı sanır, üstünlərin üstünüdü,
Bu sadəcə bir kompleks, beyindəki xəstəliyi,
Günahları əks eləyən o Narsissin güzgüsüdü,
Əksini düşünsə belə öz canına qəsd eləyər.

Varlığımı parçalayır, gözləri süzgəc kimidi,
Açıb nəhəng qanadların səmaya yüksəlməlidi,
O özünü Tanrı sanır, sanmayın bizdən biridi,
Bəlkə də bütün insanlıq önündə diz çökməlidi.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin