İcazə ver, zaman axsın.
Yaşanmamış sanacaqsan olanları,
Bəzən tənha qalacaqsan.
İcazə ver, ayaq açsın,
Heç yaxana yapışmasın,
Səndən uzaq, aya qaçsın.İcazə ver zaman axsın.
Sən günləri sayacaqsan,
Elə budur sənin xətan.
Nə zaman var, nə məkan var,
Bu kimsəsiz kainatda,
Nə hərəkət, nə təkan var.İcazə ver, zaman axsın.
Sən isə üz axarında,
Bilsən belə var uçurum,
Şəlalədir axırında.
Sən üzürsən, mən uçuram,
Elə sənin yaxınında.İcazə ver zaman axsın.
Keçmişə de: Salamat qal.
Bu gecələr sabah olmur,
Düşünərək oyaq qalsan.
Problem və günah olmur,
İnsanlardan uzaq qalsan.
Onlarsız da maraq olmur.İcazə ver, zaman axsın.
Öz vaxtının ol ilahı.
Bircə andır sənin çağın,
Həmin ana sığışmalı,
Xəyalların, qorxuların.
Və gün gələr hamı kimi,
Artacaqdır qırışların,
Hiss edirsən qocalırsan.Onsuz ölüm vaxtsız imiş,
Enşteyn haqsız imiş,
İcazə ver zaman axsın.
Ruhumuz cücərən çiçək,
Bədənimiz saxsı imiş.
Hər şey necə gözəl imiş,
Hər şey necə yaxşı imiş.
Mənə əzab çəkdirənsə,
Bu düşünən ağlım imiş.
İtirmişəm onu artıq,
Və zamana buraxmışam,
Başlanğıcı, sonu artıq.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.