Mənimdi.

35 7 0
                                    

Yapışıb ruhumun yaxasından,
Baxır qəzəb ilə bəbəklərimə.
Görür hər şeyimi lap çağalıqdan,
Oxuyur ən dərin diləklərimi.

Məni dartmaq istəyir öz ağuşuna,
Qucaqlamaq üçün... ya bəlkə boğmaq.
Bir çöküş də qatır dik duruşuma,
Görənlər deyir ki:"Əyilmə, axmaq!"

Gecələr heç rahat yata bilmirəm,
Qorxuram bədənim talan edilə.
Bəzən unuduram, yada salmıram.
Dəhşətli gerçəyi yalan edirəm.

Bəzən çiynimdədi, bəzən cebimdə,
Səsin eşidirəm mən aram-aram,
Bəzən yolda ikən, bəzən evimdə,
Ruhumu dartmaqçün axtarır bir an.

O dartır, mən isə bərk yapışmışam,
Bu beyin mənimdi, bu qəlb mənimdi.
O qədər zəhmətlə fərd yaratmışam,
Bu həyat mənimdi, bu dərd mənimdi!

Əl çək bədənimdən, ey ölü qadın!
Yaşayan dünyaya bir də hərlənmə.
Hardan gəlmisənsə tez ora qayıt,
Onsuz həyatım da bir cəhənnəmdi.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin