Dərin tərəddüdlərin...

16 1 0
                                    

Artıq tükənirdi müddətim,
Əsla səni incitmək olmamışdı niyyətim.
Sən sığmadın qollarıma,
Halbuki bir zamanlar qucaqlardım əbədiyyəti.
Ələ-ovuca yerləşmir dərin tərəddüdlərin.

Artıq şeir də alınmır,
Sətirlərimə atılmış çox qəliz bir düyün var,
Sənin çiçəkli bağçan, ulduzlu bir göyün var,
Mənimsə gecələrdə quru bir səs-küyüm var,
Guya sevgi nədir ki?
Sabah yoxdur, bu gün var.
Bəlkə də ona görə belə tərəddüdün var.

Artıq sən də qərar ver,
Qəlblər ya tək və yarım, ya bir yerdə bütündür,
Sevgi doğulmur, ölmür, qəlb daimi bətindir,
Hə, bilirəm, çətindir.
Məni öldürən şeylər ya sənsən, ya tütündür.
Sevgini öldürən şey sənin tərəddüdündür.

Artıq mən də anladım,
Sən yenə də haqlıydın, biz olduqca tələsdik,
Onsuz bir az buruqdu etdiyin hər təbəssüm,
Amma deyə bilmərəm nə üzr, nə təşəkkür.
Sadəcə...
Təəssüf, çox təəssüf.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin