"Do re mi..."

23 6 0
                                    

"Do re mi"
Pianonun həzin səsi.
"Sol lya si"
Qulaqları əzizləsin.

Çalınsın bir sonata Satiedən, Şopindən,
Musiqi davam etsin keçsə belə onillər.

Var olmayan bir rəngi,
Təsəvvür etməyə çalış.
Notlar ilə ahəngi,
Təcəssüm etməyə çalış.

Təbəssüm etməyə çalış,
Kədərli aurada.
Bir musiqi bəstələ,
Qəlbində Maura da.

Bu distopik diyarda,
Səs çıxarmağa çalış,
Görməyə eşitməyə,
Nəfəs almağa çalış.
Hamı kimi hamılaş,
Ya bir kəs olmağa çalış.

Musiqiyə qulaq ver,
Hər major, hər minora.
Qulaqlığa qucaq de,
Bax bir bu metafora!

Təşəkkür etməyə çalış,
Müqəddəs aurada.
Tənəzzülünlə barış,
Yalvarıb tabulara.

Divarlar, rəsmlər, memuarlar,
Beynimdəki suallar, şüarlar.
Məni yorur bu hallar.
Bu tüstülər dumanlar.

Pianolar, fortelər,
Bu çalınan bəstələr,
Hazırlıqdı mortemə,
Əks edərkən nəsnələr.

Üzül.
Üzül.
Çünki hər not saf kədərdən, üzüntüdən yaranar,
Düşün.
Düşün!
Çünki hələ bunu etmək olunmayıb qadağan.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin