Deyəsən buludların sözü çəp gəlib.

16 2 0
                                    

Deyəsən buludların sözü çəp gəlib.

Pəncərəmi döyür yad bir qonaq,
Salamsız-kəlamsız girir içəri.
Bayırda dinməyən yağış, fırtına,
Payızın adını deyir ötəri.

Qarışıq düşüncələrim var.
Öpsən belə keçməyəcək yaralarım var.
Sakit ol, indi qonağım var.
Tavanda oturub. Çay içir.

Deyəsən buludların sözü çəp gəlib.
Ölümüm tək gəlib.
Və həqiqətən təsəvvürlərimdəki ölümtək gəlib.

Elə bil səmanın bağrı yarılır.
Yığıram çantama pal-paltarımı,
kitablarımı, bir də ağrılarımı.
Son bir dəfə sayıram yaxşılıqlarımı.
Deyəsən o biri dünyada da kasıb olacam.

Qarışıq düşüncələrim var.
Ölsəm belə yaşayacaq şeirlərim var.
Sakit ol, indi qonağım var.
Tavanda oturub. Məni gözləyir.

Ən azından bu payızı da görmək istəyərdim.
Uşaqlıq xatirələrimi kiməsə danışmaq istəyərdim.
Xəyallarımla vidalaşmaq istəyərdim,
onlardan üzr istəməliyəm.
Bəlkə də qocalmaq istəyərdim.

Elə bil yarılır səmanın bağrı.
Bir məktub yazıram özümlə bağlı.
Dünyadan getmirəm gözləri bağlı.
Divarda saat da göstərir axrı.
Ölümə işləyib, ölümün yarısı,
Ölümə qalıbdır və ölüm vaxtı.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin