"Yaman aydın gecədi..."

14 1 0
                                    

Yaman aydın gecədi,
Amma hələ də bir çox şey,
Mənə tam aydın deyil.

Yaman aydın gecədi,
Üzümə vurur ay işığı,
O olmadan olarmıydı,
Gecələrin yaraşığı?

Düşünürəm,
Xəyal edirəm...
Yanaşıyıq,
Nələrdənsə danışırıq,
Nə olduğu mühüm deyil,
Sənə adının yerinə,
Səslənirəm: qaraşınım.

Bu ulduzlar yarışırlar,
Tutmağa bir diləyim yox,
Nə də olsa yanımdasan,
Bu xəyaldan ayılmasam.

Yaman aydın gecədi,
Ümidvaram bitməz əsla,
Bitsə belə məni səslə,
Yenə xəyal quracağam,
Tez uşaqca bir həvəslə.

Reallıq öz varlığını,
Şeirlər ilə itirsin,
Çiçəkləri qısqandırsın,
Sənin sehirli ətirin.

Aydınlansın yaşıl bağça,
Əlimdən tut, gözümə bax,
Başqa heç bir yana baxma,
Yanaşıyıq...
Nələrdənsə danışırıq,
Mühüm deyil nə haqdadı,
Ayla gecə yaraşantək,
Biz olduqca yaraşırıq.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin