Bir məqsəd var olmağa,
Ya da bir zərrə səbəb,
Tapa bilməsəm əgər,
Basacam sirrə qədəm.Qəlb dolusu xoşbəxtlik,
Ya da bir ovuc kədər.
İstəmirəm sonsuzluq,
Bəsdir otuza qədər.Var olmaq özü elə,
Ayrılıqda bir yükdür.
Şansımsa beli bükük,
Saçımdakı ağ tükdür.Bəlkə hər şey absürd və bitməyən bir yuxudur?
Bir çiçək üstündəki kəpənək yorğunluğudur...Ən durğun anlarda da,
Hisslərimdi çağlayan.
İçimdəki uşaqdır,
Mənim üçün ağlayan.
Birdən ölmək istəsəm,
Bölünəcəkmi röyan?
Oyan, kəpənək, oyan.Mən də bir yuxu gördüm, qanadım bəzəkliydi,
Uçub qonub tapdığım çiçəklər ləzzətliydi.
Bu yuxudan oyanmaq necə də əzablıydı.
Reallıq dediyim şey bəlkə də lənətliydi.Necəsə etməliydik,
Varlığımızı bəyan.
Bədənimdir dayanan,
İnsanlarla yanbayan.
Beyninin içindəki,
O rəngli dünyandayam,
Oyan, kəpənək, oyan.Bu yuxu dəhşətlidir,
Bu yuxu qorxuludur.
Amma ki, bir qadın var...
Üstündə yuxuladığın,
O çiçək qoxuludur.
O olmasa bu yuxu,
Axmaqlar və məxluqlar,
Bir də daxilimdəki,
Boşluqlarla doludur.Ən qaranlıq gecədə,
Ulduzlardır parlayan,
Gecələrin hüzurun,
Səhərlərdir korlayan.
Səhərlər bədənimdə,
Gecələr hər yandayam.
Oyan, kəpənək, oyan.Sənin ömrün qısadır,
Və bütün bəşəriyyət,
Sənin üçün nəsədir,
Olmuş yuxunda əyan,
Oyan, kəpənək, oyan.
Oyan, kəpənək, oyan.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.