Aramızda nəhəng insan divarı,
Məni boğub sənəysə yol verirlər.
Sən gedirsən, çəhrayı bir iz qalır,
Son şeirlər sevgimə sol deyirlər.
İnsanlardan məntəki çox bezmisən,
Bəlkə sənə mən də elə heç kiməm.
Kaş bilsən ki, neçə şeir yazmışam,
Çünki səni ən çox sevən heç kiməm.
Sənsizliklə dolub-daşır hər diyar,
Mən bu yolda özümdən də köçkünəm.
Səni yazmaq edir məni bəxtiyar,
Çünki səni ən çox sevən heç kiməm.
Varlıq ayrı, yoxluq ayrı bir dərddi,
Hər qədəhdə başa salır içkilər.
Sevgi dindir, ayrılıqsa bidətdir,
Səni sevən ən günahkar heç kiməm.
Heç kimlərin arasında qəzəbəm,
Qəlblərini parçalayan ac kinəm,
Mən göz yaşı, ayrılıqlar, əzabam,
Səni sevən ən kədərli heç kiməm.
Məni gör, varlığımın fərqinə var,
Ya da elə bu yollarda qaçginən.
Ölərsəm yoxluğumun qeydinə qal,
Səni sevən ən ölümsüz heç kiməm.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.