Ayrılığın təqvimi neçə ildir təxmini?
Hesablaya bilmirəm, sanki min il təqribi.
Və sevginin məhrumu hiss edəndə tək kimi,
Bitir zaman məfhumu, təqvimimin təqsiri.Ayrılığın təqvimində hər keçən gün mərmidir.
Qalmaq acizlik ikən getməksə hünərmidir?
Yaşamaq boğazımda görünməz kəndirmidir?
Və ölüm gözlərində gizlənmiş bir sirmidir?Ayrılığın təqvimi, bir yarpaq daha qopur.
Göz yaşlarım yanağa, qara rəng ağa hopur.
Əkdiyim fidanlar da böyüyüb ağac olur.
Qəlbimsə gözləməkdən bərkiyib qaxac olur.Ayrılığın təqvimi yaxın edir məhvimi.
Unutmuşam gecəylə gündüzün də fərqini.
Yalvarıram, xatırlat, unutmuşam dərdimi.
Aman Allah, unutmuşam... Gözləyirəm mən kimi?
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.