Mirvari sırğalı qız.

19 6 0
                                    

Üzündə bir təbəssüm,qulağında mirvari.
Baxışların məsumdu, gözlərinsə sirvari.

Dağlara çatar görəsən çəkdiyim bu son ah?
Yazdığım bu şeirlər görəsən çatar ona?
Sırğasında çevrilərkən işıq fərqli bir tona,
Üzündə bir təbəssüm, sirli... sanki Mona.

Bu gücsüzlüyün bir adı var,
Məndəykən zəiflikdi, səndəykənsə zəriflik.
İçimizdə acılar,
Məndəykən ədiblikdi, səndəykənsə çətinlik.

Sən dahi bir rəssamın ən gözəl rəsm əsəri,
Sanki anlamır heç kim bu dünyada sənətdən.
Sən qaranlığın sonu, gecənin vəsvəsəsi,
Bu rəng koru gözləri işığınla lənətlə.

Mükəmməlliyətçilik - hər rəngində teninin,
Sən renessansın özü... çağ açmış bir yenilik,
Sən işıq yayacaqsan çərçivəndən əbədi,
Mənim sevgim 60 il, 70 ildi cəmilik.

Bu gözəllik çərçivəyə, de, necə sığmalıdır?
Bir də bax çevrilərək, mirvari sırğalı qız.

İşıq yaydıqca yenə qulağındakı sırğa,
Qələmim ağ kağızlarda yaradacaq qasırğa.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin