Axı məndən nə istəyirsən?
Artıq şeir belə yaza bilməyən bir şairin,
Qalan həyatı nəyə dairdir?
Ola bilsin bu hal olduqca nadirdir.
Artıq şeir belə yaza bilməyən bir şair,
Başqa nəyə qadirdir?Məndən nə istəyirsən?
Qır sümüklərimi, soy dərimi,
Tap içimdən,
İtmiş ilham pərimi.
Tapsan onun yerini,
Qopar qanadlarını,
Və qoy arasına,
Bir şeir dəftərimin.Artıq şair olmamaq,
Bütün hisslərin ölməsi,
Bütün rənglərin solması kimidir.
Yaxınlıqdakı göyqurşağının ardınca qaçmamaq kimidir.
Gününü cibindəki pula uyğun yaşamaq,
Aclıqdan şeir yazmamaq kimidir.Şair olmayanların düşündüyü kimi,
Şeiri sətirlər sanmaqdır sonluğu qafiyəli olan.
Halbuki şeir həm də ola bilər,
Gün ərzində yaşanan,
Sonra unudulacaq,
Bir tək şairin gördüyü,
O tək, bir neçə saniyəlik,
Yaşanmış, bitmiş o an.
O anı görməməkdir,
Artıq şair olmamaq.Şeirlərini kimsə oxuyacaq ümidiylə yazmaqdır.
Şair olansa bilməlidir,
Şeirlər oxunmağa başlamazdan əvvəl,
Şairi ölməlidir.
Bu bir qaydadır, əzizim.
Şərabı illər,
Şeiri isə şairinin ölümü dəyərli edir.Və ən əsası,
Belə bir şeir yazmaqdır,
Artıq şair olmamaq,
Yəni etiraf etmək,
Təbiətini dəf etmək,
Və özünü əfv etmək.Bir gün bu sətirlərdə,
Çaşbaş qalmağınız,
Və şərab dəyərlənəndə,
Sərxoş olmağınız ümidiylə.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.