Qaranlıqdır.

20 7 0
                                    

Qaranlıqdır...
Hər şey necə də qaranlıqdır.
Əbədi qərarsızlıq, qərarlar bir anlıqdır.
Necə də pis bir hissdir heç kimə yararsızlıq.
Qaranlıqsa gözləmir, qaranlıq zamansızdır.

Qaranlıqdır...
Bu gecə çox zifirdir.
Və bunu seyr edərkən oluram çox fikirli.
Hər şeyi xatırlayıb deyirəm:"Çox zibildir!"
İndi tamamilə yox, onsuz da yox kimiydim.

Qaranlıqdı...
Havasa yaman soyuq.
Günəşə həsrət gecə ruhumu tamam yorub,
Göz qapağım kabuslar, yuxular haram olub,
Bəlkə fərqində deyiləm və başım xarab olub?

Qaranlıq qorxusundan hiss etdiyim ürpərti.
Elə bil bir səs gəldi, o nə idi tərpəndi?
Qaranlıqdan qorxuram, həm də ki, bir uşaqtək,
Çünki
Görünmür gözünüzə gözümlə gördüklərim.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin