Varlığımın zərrələri.

18 2 0
                                    

Bəzən mənə elə gəlir qüdrətli və ölümsüzəm,
Amma sonra görürəm ki, tamamilə çəlimsizəm.
Bacarmaram, hisslərimi başa salam çətin sizə.
Şeiriyyatım ən qəddar şeytanlardan bəhrələnir,
Və nifrətə xidmət edir varlığımın zərrələri.

Niyə varlar anlamırlar, əsəbidir atomlarım,
Tanrı ilə son görüşüm bugünki tək yadımdadı,
Bir öldürmək arzusuyla seyr edirəm adamları,
Parçalamaq istəyirəm səliqəli çöhrələrin,
Və nifrətə xidmət edir varlığımın zərrələri.

Gözlərimi açdığım an bütün hər şey peyda olur,
Ruhlar isə oyuncağım, istədiyim qayda olur,
Paklığınız əllərimdə kirlənərək murdar olur,
Sanki bir tək mənim üçün yaşananlar səhnələnib,
Və nifrətə xidmət edir varlığımın zərrələri.

Nebulama çəkilirəm özüm ilə tək qalanda,
Gün işığın söndürürəm bəşəriyyət səs salanda,
Barmağımı tərpətməklə yaşansaydı qətliamlar,
Pianoda ifa edib yeni mahnı bəstələrdim,
Və nifrətə xidmət edir varlığımın zərrələri.

Kainatın bir hissəsi sağ əlimin ovcundadı,
Orda kiçik, mavi nöqtə lənətli və ovsunludu,
Sonun tapıb çıxarıram, rədd edirəm sonsuzluğu,
Geriyə doğru çökəcəm yox olmaqdan qürrələnib,
Və nifrətə xidmət edir varlığımın zərrələri.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin