Sən, əzizim...

28 1 0
                                    

Sən, əzizim,
Sən sənətin özüsən.
Mən hər gün oyananda,
Sən səhərin gözüsən.

Mən, əzizim,
Bu şəhərdə bir izəm,
Sən öz addımlarınla
Mən yaradan birisən.

Sən, əzizim,
Yad elə bir dənizi,
Onun da rəngi qaçıb,
Göyəribdi bənizi.
Daxilində balığı,
Üzərində gəmisi,
Ona sadəcə baxır,
Özün atır kimisi,
Mən onun dibindəyəm,
Görməmişəm gün üzü,
Bu gördüyün dalğalar,
Həyatımın önsözü.

Mən, əzizim,
Hərdən olur bezirəm,
Sənə doğru üzürəm,
Səni çoxmu üzürəm?
Bu coşqun dalğaların,
Arasına sızıram,
Və onlardan qoparaq,
Yanağına sıçramış,
Bir damlalıq üzrəm.

Əzizim, sən, görürəm,
İnsanların içində,
Sıxılır, əzilirsən,
Amma tək bir baxışda,
Onlardan sezilirsən,
Tanrıdan hüzur istə,
Sözlərin gözüm üstə,
Və başım dizin üstə.

Biz, əzizim,
Necə ifadə etsəm,
Biz olduqca qəlizik.
Mən bir ovuc mayeyəm,
Sən isə su pərisi.
Mən ötəri bir anam,
Sənin daxilindəyəm,
Sən isə əzəlisən.
Mən bir yazar qələmi,
Sən onun əsərisən.
(Bəlkə də mürəkkəbim,
Mürəkkəb edib səni)
Sən gözəl hər bir şeyin,
Ən yaxın bənzərisən,
Mənsə sənə hərisəm.

Biz, əzizim,
Necə ifadə etsəm,
Biz olduqca qəlizik.
Biz sənlə mən deyilik,
Sanki sadəcə bizik.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin