Salam, mən nə edirəm?

27 8 0
                                    

Salam, necəyəm bu gün?
Bir az yaxşı sayılmaram.
Bir arzum var, qorxuram ki,
Yatıb bir də ayılmaram.

Salam, bəs özün necəsən?
Orda həyat fərqlidir?
Axı ayna gerçəyin həm əksi, həm tərsidir.
Onda niyə gülmürsən?

Baxırsan belə dik-dik,
Nəsə qalıb dişimdə?
Çəkil önümdən, axmaq,
Məşğul ol öz işinlə.

Ya da dayan.
Getmə amma qalma da.
Heç olma sən ağlama,
Ağrı qatma ağrıma.

Salam, mən nə edirəm?
İkimiz də şüşə qədər kövrəyik.
Hər şeyi rədd eləyək!
Əsası bir yerdəyik.
Səni qırmaq istəmirəm.

Mən işığın görüntüsü,
Sən işığın özüsən.
Bir yerdə ölümsüzük.
Var edənsən bizi sən.

Başla üçdən geriyə,
Yavaş-yavaş saymağa,
Çalışaq eyni anda,
Biz ayağa qalxmağa

Tərk edək bir-birimizi,
Bir də bura qayıdarsan,
Üzün qalsa baxmağa,
Yenidən bir aynaya.

Gerçəkliyində boğul,
Təşəkkürlər və sağol.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin