Nifrət xəstəliyi.

21 7 0
                                    

Qəlbimdəki notalar dodaqlarda basdırıldı,
Yazdırılan şeirlərçün qələmlərim az qırıldı,
Ruhum mənlə məzələnib astralda azdırırdı,
Aspirintək baxışlar da nifrətlərin asqırırdı.

Çünki bu bir xəstəlikdi, bəstələrdə bəhs etdim.
Bu ritmlə rəqs edənlər yalanları əks edirdi.
Tək gedirdim, xatirələri yaddaşıma həkk edirdim.
Qəşş edərək gülənlərin həyatını tərk edirdim.

Yoluxduqca yoruldum, ümidlərimi unutdum,
Və sonda da yox olanda acı sözlər qusurdum,
Mən yazdıqca yozuldu, pozandaysa uduzdum,
Yarımçıq bu yolumdakı parlayan o ulduzdum.

Bu mənasız söz yığını təbimin məcburiyyəti,
Məğlubiyyət həbsdi, zəfərimdi hürriyətim,
Nifrət xəstəliyində cəmiyyətin külliyəti,
Və yanmış vərəqimdəki sevgi dolu küllü sətir...

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin