Daş.

40 9 0
                                    

Kimsəsiz küçənin tam ortasında,
Qalmışam tək-tənha,çaşbaş olmuşam.
Bir yağış damlası.. və sonrasında,
Anladım,mən qara bir daş olmuşam.

Hisslərim soyuyub,ölmək üzrədir,
Alıram bu daşın çirkin formasın,
Hər yanımda sanki ilmək üstəlik,
Canımdan hoparkən bir kin torpağa.

Getdikcə köhnəlir və solur anlar,
Yağış yağsa belə mən islanmıram.
Bir daşa dönüşüb heç oluramsa,
Son hiss tərəddüddür,mən insanmıyam?

Küçənin tinində kiçik bir uşaq,
Əllərin açıbdır,dilənir yəqin,
Onu görənlərsə keçirdi uzaq,
Bir daşa söykəyib kürəyin yəqin

Ayağa qalxaraq uşaq yorğun hal,
Görəndə yanıma gəlir birbaşa,
Mənim hər parçamı alır ovcuna,
Deyəsən o da daş,mən də bir daşam.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin