"Əlim kədərə bulaşmışkən.."

57 11 4
                                    

Əlim kədərə bulaşmışkən,
Yadıma saldım keçmişi.
Gör nə qədər səhv yolu,
Axmaq olub seçmişəm.

Əlim kədərə bulaşmışkən,
Mən bütün dostlarımın,
Tərk etdiyin anladım,
Saxladım yaslarını.

Əlim kədərə bulaşmışkən,
Fikir verdim hər yara,
Daha da ağrı verir,
Dönüşüb bir qəddara.

Heç bir sözüm yetmirsə,
Acı suyla yuyanda,
Əldən kədər getmirsə,
Əlimdən nə gələr ki?

Əl kədərə bulaşmışkən,
Qəlb qıracaq hər şeyi,
Bir araya toplayıb,
Hamısını tərk edin.

Yoxsa kədər yapışır,
Sizdən qeyri-iradi,
Tərk edin ki, öncədən,
Olmayasız qiyabi.

Söz qulağa yanaşır,
Yaralı qəlbim çaşır,
Əl kədərə bulaşır,
Hər hərəkət niyəsə,
Problemə dolaşır,
Və bunların hamısı,
Tənhalığa yol açır..

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin