Evə çatıram,
Bir boşluq hiss edirəm.
Xəbərin var, siqareti tərgitmişəm?
Çoxdan tərgitmişəm.
Daha düşünəndə,
İki dodağımın arasına,
Ölüm qoymadan düşünürəm.
Onun əvəzinə,
Özümə çay süzürəm,
Televizoru qoşuram,
Xəbərlərin səsi dağıdarkən,
Evimdəki tənhalığı,
Bir-iki göz yaşı tökürəm.Elə bilmə,
İncimiş ya küsmüşəm,
Bu uşaq adətlərin,
Siqaretlə birgə tərgitmişəm,
Nə küs, nə incik deyiləm.
Yenə də bu barədə şeir yazacağımı bilməyini istəyirəm.Hər şey sonlanmış, bitmiş,
Hisslər ölmüş,
Xatirələr unudulmuş,
Bütün köhnə dəftərlər bağlanmış ola bilər.
Amma şeir,
Bu tamam başqa məsələdir, əzizim.
Ona görə,
Bu barədə şeir yazacağımı bilməyini istəyirəm.Böyütməyək bu məsələni,
Bir neçə gün əvvəl,
Yanından keçdiyim bir qızcığazın,
Oyuncağı qırılmışdı əlindəcə.
Ağlayırdı, kədərli görünürdü.
Evə gəldim,
Bir çay süzdüm,
Və bu barədə şeir yazdım.
Bir neçə həftə əvvəlsə,
Bir sərçə ölü idi küçənin ortasında,
Elektrik vurmuşdu, ölmüşdü yazıq canlı yerindəcə.
Evə gəldim,
Bir çay süzdüm,
Və bu barədə şeir yazdım.Bax, əzizim, şeir yazmaq,
Bax, bu ayrı məsələdir,
Nə incimiş, nə küsmüş deyiləm,
Nə də həsrət hiss edirəm.
Səni bağışlamışam,
Çoxdan bağışlamışam.
Yenə də bu barədə şeir yazacağımı bilməyini istəyirəm.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.