Quruda çırpınan balıq.

20 5 0
                                    

Quruda çırpınır balıq,
Xatirələr gözündə canlanır qırıq-qırıq.
Mavi dəniz suları, bərəkətli və ilıq,
Rəqs eləyən köpüklər, cənnətdən gələn işıq.

Quruda çırpınır balıq,
Bədəni ölmək üzrə, zehni isə tam ayıq,
Yuxarıdakı qağayı, uzaqda üzən qayıq,
Ya nəfəsi kəsilir, ya dan yeri ağarır
Bir xəyal gəlib onu dalğalara aparır.

Məndə qanad axtarma, üzgəcim və qəlsəməm,
Məndə qanad axtarma, kədərli və sərsəməm,
Özümü dənizə atıb üzü günəşə tərəf,
Uça bilmirəm axı, səhv edirəm hər dəfə.

Son cəhdlə iç çəkərək gülməkdən uğunuram,
Enmiş mələklərtəki ən dibə yıxılıram,
Doğma dənizdə belə gör necə boğuluram,
Bu mavi pəncərəni kirlədən buğ oluram.

Quruda çırpınan balıq indi suda çırpınır,
Bir cəsədə dönüşüb bir sahilə çırpılır,
O qağayı gələndə iç-çalatı yırtılır,
Və onu izləyirsən gözlərini qırparaq.
Onda qanad yox imiş.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin