Mən ölmüşəm.

28 7 1
                                    

Süstləşmiş dilim mənim, dönmür kəliməyə tək bir.
Etdiklərim günah dolu, düşüncələrsə şəkkdir.
İçsəsim boşboğazdır, zehnim əlindən təngdir.
Boynu bükük suallarım, cavab ver mənə yekdil.

Danışmaq istəyəndə susduranım olarsan?
Ya da
Mən ölmüşəm, basdıranım olarsan?

Qələm belə ağırdır nəzik biləklərimə.
Ürəyimdə sən olanda bir az ürəklənirəm.
Ürəyimdən sən gedəndə qarayla rənglənirəm,
Ona görə suallarım dönür diləklərimə.

Sevgi şeirlərini yazdıranım olarsan?
Ya da
Mən ölmüşəm, basdıranım olarsan?

Bir hiss ölür içimdə verildikcə hər savaş,
Nalələr çəkdikcə də məni tapır hər zaval,
Amma səni sevirəm hər yerdə və hər zaman,
Mənim üçün amaldır verəcəyin hər cavab.

Məzarımı öz qəlbində qazdıranım olarsan?
Yəni
Mən ölmüşəm, basdıranım olarsan?

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin