Ver mənə ağrılarını,
Hələ vərəqimdə qaralanacaq,
Bədənimdə yaralanacaq bir neçə yerim var.
Hələ əllərimi sənə açmağa halım,
Gözlərimi yummağa xəyalım var.Ver mənə ağrılarını,
Görürəm, sənə yükdülər,
Yorğun qanadlarına,
İslanmış lələkdilər.
Ver ki, mənə daşıyım,
onlar ağır və nəhəng,
Heç nə olmaz, uzağı,
Gəzəcəm bir azca ləng.
Hələki taqətim var,
Çünki sədaqətim var.Həmçinin öz ağrılarım,
Edib məni ağlı yarım,
Bəzən olur ağlayıram,
Göz yaşlarım ağla qara.Onsuz olan olubdur,
Dəniz daşmaz bir damlayla,
Amma bəzən gözlərimiz,
Dolar, daşar bir cümləylə.Ver ağrılarını,
Hələ qəlbimdə sınmamış,
Başımda oxşanmamış yerlər var.
Hələ ölmək istədiyim bir neçə məkan,
Öpmək istədiyim bir neçə parçan var.Qorxma, ölməyəcəm mən,
Çünki hələ ölməmişəm bir dəniz qırağında,
Çünki hələ ölməmişəm babamgilin bağında,
Çünki hələ ölməmişəm qaranlıq otağımda,
Cəsədim tapılmayıb axan çayın sağında,
Cəsədim asılmayıb kəndir boyunbağımdan,
Çünki hələ ölmək istədiyim yerlər var.Ölmək istədiyim yerlər,
Ölmədən öncə görmək istədiyim,
Bir neçə əgərlər var,
Məsələn əgər olmasaydı,
Ağrı, kədər və sairə..
Desəydim ver qəlbini,
Ver, onu da daşıyım,
Ver ki, onda yaşayım,
Yaşayım və də ölüm,
Qəlbimiz dayananda,
Qəlb dayanacağında.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.