Dəniz görməyən liman,
Gün görməmiş gümanam.Yazdıqlarım yarımdı,
Hekayəmsə natamam.
Səni mənə gətirməyən,
O mənasız qataram.
Ümid doludu vaqonlarım...Mən hələ də uşağam,
Dalanlarda dolanan.
Ya o isti qucağa,
Bələyimdə oyanan.Mən hələ də dümağam,
Bu qaralar altında.
Yaşanmamış güzaram,
Bu yaralar ardında.Savablarsız imanam,
Və atəşsiz dumanam.
Zehnimin otaqlarında
Süründükcə viranam.Mənasız, mənasız!
Hər bir söz, hər kəlimə,
Zibilə qalmış hər yazı,
Sizin üçün mənasız.Hər görəndə baharı,
Hər görəndə qar qışı,
Hər görəndə sabahı,
Hər görəndə yağışı,
Düşünürəm hər dəfə,
Bunlar mənim xətamdı,
Ya Allahın qarğışı?Dəniz görməyən liman,
Gün görməmiş gümanam.
Səni görsəm dayanan,
Sonsuzluğa uzanan,
Sevgi dolu bir anam.Onlar elə davranmasa da,
Onlar elə düşünməsə də,
Axı mən də insanam.
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.