"Deyəsən yalnızlıq başıma vurub."

44 8 1
                                    

Keçirdim günümü ekran başında,
Artıq o da bezib,pult da çevirmir.
Təsəvvür edirəm,səksən yaşında,
Yenə də tənhayam, burda, evimdə.

Pultu işlədirəm daşına vurub,
Deyəsən yalnızlıq başıma vurub.

Köhnə xatirələr təkrar eyləyir,
İndi tam yararsız,donmuş beynimdə.
Divarlar çox qəddar rəftar eyləyir,
Mənsə onlar kimi səssiz eynilə.

Qəlbimin yanğısı huşuma vurub,
Deyəsən yalnızlıq başıma vurub.

Və kanal göstərir bir film- sənədli,
Bir fil yıxılıbdı, məntək can verir,
Onların gözündə bu cəsəd ətli,
Çaqqallar,kaftarlar ona yan gəlir.

Bir quzğun dimdiyin leşimə vurur,
Deyəsən yalnızlıq başıma vurub.

Fərqi nə? Dünəndi ya elə bu gün?
Təqvimdə dəyişən bir neçə rəqəm?
Hiss etdim özümü yarıda bütün,
Hərhalda hər halda mən yenə təkəm.

Əqrəb saatlara boşuna vurur,
Deyəsən yalnızlıq başıma vurub.

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin