Eyni şeir.

84 15 5
                                    

Bu gün yenə eyni mən,
Fərqli rəqəmlərində təqvimin.
Bu gün yenə eyni dərd,
Hiss edirəm tək kimi.

Eyni otaq, eyni tavan,
Yenə eyni problemlər.
Eyni dəva, eyni zaval,
Həmin təkrar proseslər.

Eyni insanların üzləri,
Həmin saxta gülümsəmə.
Önümdədir öz izlərim,
Əldə deyil üzülməmək.

Tərpənir saatın əqrəbi,
Eyniliklərə doğru.
Çıxışlar olsa da məqsədim,
Hey girişlərə doğru.

Eyni şeylər qaralayıb,
Fərqli olmağa çalışım.
Eyni yerə qaçacağıq,
Fərqli yollarda yarışıb.

Bezdim eyni bezginlikdən.
Damar deyir:"Kəs məni!"
Qəlbim eyni üzgünlükdə.
"Bir az da döz!" Səs gəlir.

Eyni qələm, başqa vərəq,
Xeyli sevgi, xeyli nifrət.
Yoxdu qaçış, başqa tərəf.
Xeyli son və xeyli siftə.

Key kimiyəm.
Bilmirəm heç neyniyirəm,
Bezdirirəm beynimi də,
O da dözmür eyniliyə.

Xəyal qurub kaş dedim,
Amma eyni reallıq.
Heç nə yoxdur, yaş gedir,
Və bu deyil Xəyallıq.

Son dördlüyün ritmi kimi dəyişə bilər hər şey.
Ümidin son qırıntısı deyir "hər şeyi tərk et"
"Hər günün doğuşundakı yeni şansları fərq et"
"Eynilik xeyir gətirmir. Axmaq, artıq dərk et!"

"Olmamışlar dəftəri."Hikayelerin yaşadığı yer. Şimdi keşfedin