Bir gün bir insan oldum,xoşbəxtlikdən yoxsul,
Gözlərim görə bilmədi səmalarda ovsun,
İnsan olmaq ölənədək ödəməkdi borcun,
İnsan ancaq dilənəcək qaldıraraq ovcun.Bir gün bir kəpənəkdim, ömrümün yarısında,
Uşaqlığım keçmişdi iki çiçək arasında,
Bir qanadım qoparıldı və ağladım acısıyla,
Bir dəftərə süst oldum bədənimin parasıyla.Mən bir gün bir ulduzdum, milyon ildi parlayan,
Daha əvvəl sönsəm belə olmamışdı ağlayan,
Varlığım parça-parçaydı, işığım ayla yanbayan,
Dünyanızın yox oluşunu izləyirdim anbaan.Mən bir gün şeytan oldum, qulağında fısıltı,
Şahid oldum, əmrim ilə neçə İsa asıldı,
Dünyadaki missiyamdı qiyamətə hazırlıq,
Alovdan yarananlar cəhənnəmə atılmır.Mən bir gün heç kim oldum, tamamilə boşluq,
Tərk etdiyim bədənimə sahib oldu beş ruh,
Geri də nə bir iz buraxdım, nə də ki, bir məktub,
Şəxsiyyətsiz biri üçün hər bir günah məşru.Mən bir gün Adəm oldum, cənnətində yeriyərək,
Şeytan öldü əsəbindən öz alovunda əriyərək,
Saflığımdan yasaq alma yerə düşdü çürüyərək,
Gəl ki, Tanrı sürgün etdi yenə də buraya sürüyərək..
ŞİMDİ OKUDUĞUN
"Olmamışlar dəftəri."
PoetryŞeirləri yaradan şeylər olmasaydı kaş ki, olmamışlar dəftərində. Çünki olmamışları yazdıqca olmaq olmur.