Buludlar

619 54 17
                                    

Mənim üçün dünyadaki gözəlliklərin siyahısı səmadan başlayır. Sən pəncərəyə çıxıb binaları və işıqları izləyirsənsə, hər şey normaldır, dostum, əlasan, amma bir çox şeydən də uzaqsan. Pəncərədən baxanda gözünə ilk buludlar dəyməlidir. Buludları axtarmalısan birinci. Ara - bir üzündə xəfif bir meh istəməlisən, buludların gözəlliyi haqda düşünməlisən. Misalçün, düşünməlisən ki, bu şəhər nə etdi? Bu boz insanlar nə etdi? Biz nə etdik ki, bu xəzinə saflığını gizlətməyə heç cəhd eləmədən gözümüzün önünə sərilib? Buludlara baxanda o tutqunluqlarından almalısan yorğunluqlarını, bitkinliklərini. Ağlayacaqlarını. İşıqlar və səmimiyyətsiz hündür binalar hər zaman var. Hər zaman da olacaq. Onlar sünidirlər, ətrafındaki bir çox şey kimi. Amma buludları izləmək həzzini də yaşamalısan. Mütləq. Yaşamalısan.
Növbəti bulud karvanını izləməyin diləyi ilə.

Müəllif: Pəri Abbaslı
Tarix: 20-09-2015

Qələmə qüvvətWhere stories live. Discover now