Gözəlliyin mücəssəməsi

90 10 3
                                    

Dəniz çox gürləyib, aşıb-daşanda, dalğalarını yağdıranda 'kimsə batıb' deyilir, elədir də bəzən. Təsadüfləri qırağa qoysaq, əlbət.
Görməzmi insanlar dənizdəki qəzəbi, fəryadı, öfkəni?
İzləməzmi göylə yerin birləşdiyi hiddətli cizgiyi?
Ey gözəl dəniz, ey təmiz göyüzü!
Dayanmaz bu insanlıq buna artıq, günahkar hiss etməyin, günahkar olan bəşəriyyət,
Yuyar, əfv edər sizi bir anlıq.
Küləyinizi qoymayın qışqırmağa, buludlar deyil səbəbkar, bəlkə?
Ya göyüzü, söylə, sevinirsən bu xaosa sən də.
Danış, yenə gizlin-gizlin nəyə əsəbiləşirdiniz?
Ya olmayacaqdınız bu dövlətə qurban daha, ona gətirirdiniz üsyan,
İldırımlarla sözləşirdiniz?
Yağışı müjdələyən bu hüznlü yağmurlar gəlmir daha naləyə, səsə.
Sizsiz də ömür keçir, insanlıq unudur, kədər qalır.
İnanmayın onlara,
İnsanlar özlərini tanıya bilmir, seçməz sizləri 'dəyərlilər' arasına.
Səthinizdə damlalar, Günəş gəlir ayağınıza, bir damla düşdü üzümə ta göyüzündən.
Buna gözəlliyin mücəssəməsi deyirəm mən.

-Pəri Abbaslı-
01.09.2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora