Səfeh

539 55 17
                                    

Mahnının ən vurucu sözünü eşidib, saatlarca ağlamaq və uğruna ağladığın, səni başa düşdüyünü sandığın o sözü yanlış bilmək kimi idi. Tam olaraq mənim həyatım bundan ibarət idi. Yanlış ağrılarla. Eyni zamanda böyük və çox böyük yanlışlarla.
Yanlış dostluqlar... Yanlış sevgilər... Yanlış insanlar, və nəhayət, yanlış kəlimələr. Özümü anlatmaq üçün kəlimələrdən kömək istədim. Tək bir hərf belə imdadıma çatmadı. Səssiz qaldım. Sükuta büründüm. Qaranlığa sığındım. Evim oldu dünya, mən sadəcə gecə adlı bir otaqda bağlı qaldım. Sirdaşlarım buludlar, dostlarım ulduzlar oldu. Və mən məni sadəcə dinləyən bu məfhumlara heç vaxt üsyan etmədim, dünyaya etdiyim qədər. İndi isə sadəcə... Səfeh qızın səfeh dünyasına dəvət edirəm hər ulduzu, hər qar dənəsini, hər yağış damlasını, hər boz buludu...

Səfeh (Proloq)
Müəllif: Pəri Abbaslı
Tarix: Bilmirəm. :D

Qələmə qüvvətTempat cerita menjadi hidup. Temukan sekarang