Bitəcəklərin siyahısı

54 10 4
                                    

Başladılan cümlələr bitmir daha.
Nöqtələri qoya bilmirlər doğru yerlərə.
Nöqtələr vergüllərlə ötüşür,
Sığa bilmirlər göylərə.
Onlara məcburiyyət kimi
Görünmədi sözlər...
Sözlər.
Yarım qalmış bir para çətinliklər.
Qəlb ağrısı göynədir tez-tez, nöqtələr basılır yaralara.
Evlərin işıqları sağdan-sola fırlana-fırlana
Dövr vurur ətrafda,
Ulduzlarla xeyli çətin müharibə aparırlar.
Demək, nə imiş?
Müharibə sadəcə insanlar arasında
Olmurmuş.
Ulduzlar da
Paxıllığı özlərinə yaxın tutub
Nifrətlə qaranlıqlarda uçurmuş,
Ulduzlar da özlərini gözəl saya bilirmiş.
Kin, kidurət.
Və müharibə bəzən təmiz seçilirmiş.
Ulduz tozları nöqtələrə səpiləndə
Yaraların ağır görkəmi bir qədər solur sanki.
Misalçün, daha öyrəşiləbilən olur,
Yaralılar daha az ölən.
Cümlələr daha az kəskin,
Həyat daha gözəl,
Fəlsəfə daha az mürəkkəb,
Mürəkkəblər daha az bulaşıcı.
Bulaşıcı bütün sevgilər
Daha az ağrılı.
Nöqtələr də bitir, nöqtələr də bitməlidir.
Nağıllar bəzən ağladıcı, görüntülər aldadıcı,
Mahnılar ağrıdıcı, gözyaşları ağardıcı
Olanadək.

-Pəri Abbaslı-
21.03.2017

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora