Fəza

403 41 4
                                    

Buludlar keçir üstümdən. Əzilirəm. Toxunurlar dərimə həssas damlalarla.
Hər sübh çağında, gözlərim yuxuya, qəlbim bir cüt gözə həsrət ağlıma düşər ötən illər. Gedənlər və gələnlər.
Payız tərk edir bizi hüzünlə. Vəfalı payız. Hər il uğrayır keçərkən bizə. Yerini bəyaza verir. Sarımtıl yarpaqlarını, nəm torpaqlarını qoyur gedir. Dekabr da girir öz sakitliyi ilə həyatımıza. Tufan qopacaqdı sanki tezliklə, gözlənilmədən. Bu bir gəliş idi. Sakit, sevimli və gözəl. Bütün gələnlər kimi, dekabrın da gülümsəməsi yayılırdı çöhrəsində. Uzadırdım əlimi tutmağa qaçıb gedirdi məndən. Gedirdi.
Hə, sübh çağı. Günəş görünməyə tələsir, quşlar fəzada uçuşmağa. Qısıq gözlərim bir mahnı axtarır. Ruhumu qucaqlayacaq. Bir qəlbə sığmağı bacaracaq.
Hə, sübh çağı.
Üşüyərkən əslində soyuqdan yox, yoxluqdan üşüdüyümü anladığım o an.
Hə, sübh çağı. Varlıq görünümlü bir yoxluq.
Onun yoxluğu, bunun yoxluğu, payızın yoxluğu, nəğmələrin yoxluğu...
Hamısı yaşayır, amma burada deyil, hardasa, uzaqda bir yerdə. Məndən uzaqda, kənarda. Məndən varlıqda.

Müəllif: Pəri Abbaslı
Tarix: 01-12-2015

Qələmə qüvvətWhere stories live. Discover now