Tanrının Mərhəməti

195 25 9
                                    

Bu dünya bizə hədiyyə edildi. Bəs heç düşünmədik mi ki, bu böyük hədiyyənin böyük də bir qarşılığı olmalıdır? Anlamadığımız trilyonlarla məfhum var ikən, kainatı kənara qoyub öz həyatlarımıza başı qarışmış halda, ömrümüzün başa çatmasını gözləyirik.
Çünki əsrlərdən bəri yaradılışını və özünü kəşf etmək istəyən insanoğlu yenə də kainatı təəccübləndirmədi və özünü düşündü.
Və bəlkə də insanoğlu heç düşünməyib.
Kim deyəcək bizə bu uzun araşdırma səfərinin doğruluğunu? Hardan bilə bilərik düşündüyümüz mövzuların bu kainatın 1000-də 1 hissəsi belə olmadığını? Necə düşünmərik ki, bəlkə bu yaradılışın baş obrazları biz deyilik? Bəlkə də biz sadəcə epizodik rollarıq, özümüzü deha hesab edib elə hey düşünürük. Dünyadan da Nitsşelər çıxdı, Einsteinlər çıxdı, Nyutonlar, Plutonlar çıxdı.
Onlar bildilərmi insanoğlunun sadəcə 1 bədən, 1 ürək, yüzlərcə hisslərdən ibarət olduğunu?
Bilmədilər.
Bəs insanoğlu bildimi ətrafında dolanan illüziyalar sadəcə beynində dönən fikirlərin yansımasıdır?
Bilmək istəyirsinizsə, Tanrı səs vermir.
Sualların cavabı yenə və yenə bizdə.
Cavablardan qaçan yenə biz.
Və biz.

Müəllif: Pəri Abbasll
Tarix: 25-05-2016

Qələmə qüvvətOù les histoires vivent. Découvrez maintenant