Mümkünsüzlüklərə

233 30 1
                                    

İtmək mümkündür özünü tapmışların diyarında. Qaçmaq, gizlənmək, mümkündür. Bir dəst paltar gərək indi fərqlənməyə, bir nəfər də vicdan.
Görünməz olmaq mümkündür indi heç itməyənlərin içində. Çünki bəzən belə tələb olunur. Bəzən itməlisən. Bəzən yoxa çıxmalı və fərqlənməyən varlığınla yoxluğunu müqayisə etməlisən.
Bəzən qaçmalısan.
Ürəyin dözməsə də, düşüncələrin uzaqlaşmasa da qaçmalısan.
Qaçmaq isə mümkündür.
Bəzən isə qeyrisi. Bəzən isə sən belə tərk edə bilməzsən özünü. Ruhun qışqırar üzərinə: "Qaçma!"
Ruhun da qışqırar.
Mümkündür.
Elə bu da mümkündür.
Gəl, bir az da mümkünsüzlüklərə qaçaq.

Müəllif: Pəri Abbaslı
Tarix: 26-04-2016

Qələmə qüvvətTempat cerita menjadi hidup. Temukan sekarang