Eynən

95 8 2
                                    

Uğultuları eşidirsiniz? Hər şey bulanıqlaşır. Eynən öləcəyimiz gün kimi.

Öz beyninizin səsindən qıraqdakiları eşidə bilmədikdə və bir anda bütün səslər yox olanda qulağınıza gələn xəfif aralıqlı uğultuları heçə sayırsınız?

Necə?!

Bəs yaxşı, ya o son gördüyünüz üzlər? Onlar bəs? Onları da?

Gözlərinizdə yaranan o dərin təbəqələr sizi baxmağa qoymadıqda və siz qeyri-insani bir qüvvətlə mübarizəyə başlayanda gördüyünüz son üzü unuda biləcəksiniz?

Eynən öləcəyimiz gün kimi.

Səslər və üzlər.

Dibə batdıqca yox olurlar hamısı bir-bir.

Sizə bu böyük dünyada həqiqətən tək olduğunuzu anlamağınız üçün başqa sübutmu gərəkdir?

Təksiniz. Və tək olmağa davam edəcəksiniz.

Eynən öləcəyimiz gün kimi.

Və yaşamaq adlı bu oyunda yenə və həmişə mübarizə.

Eynən öləcəyimiz günə qədər olacağı kimi.

Müəllif: Pəri Abbaslı
Tarix: 02-08-2016

Qələmə qüvvətDonde viven las historias. Descúbrelo ahora