Gecə yenə deyir sözünü

248 31 4
                                    

Mən yaşadım.
Yuxuladığım zamanlar oyaq qalmağın ağrısı, əzabı ilə gözlərimə dolan hər xəyal öyrətdi mənə yaşamağı.
Mən yaşayıram.
İnsanları düşünürəm. O, varlığımı əzir bütünlüyü ilə. Güvənimi vurur yerə.
Mən yaşayacağam.
Bəlkə sabah, bəlkə biri gün. Amma nə vaxtsa. Getmişlərin qoyduğu izlərlə yaşayacağam. Xoşbəxtliyə uzaq, kədərə yaxın olacağam. Bir də bir ev alıb, divarlarına ağrı dolu oboy vuracağam. kitab rəflərimi hıçqırıqlarım ilə dolduracağam. Bir də hər gecə oyaq qalacağam. Yuxumda bir də gedənləri görməmək üçün.
Mən xəyal olacağam.

Müəllif: Pəri Abbaslı
Tarix: 17-04-2016

Qələmə qüvvətOnde histórias criam vida. Descubra agora