Məktub yazdım

122 12 8
                                    

Gülməli gəlir ağrılar. Gülüb keçmək bəs edir bəzən. Çünki yara dərinləşir ha, elə sənin sərhədlərini daim aşan da o olur.
Necə deyim, artıq canının yanması üçün elə bil ki, uzaqdan qaça-qaça gəlib deşmək lazım olur həmin yaranı.
Daha azına incitməyəcək çünki.
Belə fərqində olmadan öyrəşirsən, qəbul edirsən, alışırsan. Ha, biri gəlib soruşsa: "Necəsən?"
Cavabını verənəcən çox düşünürsən, onu da deyim ki. Hiss edirəm ki, sualın cavabını deməyə qorxarsan.
Amma cavabı məlum, dost.
Yaxşısan.
Həmişə olduğu kimi və bəlkə də daha çox.
"Yaxşılığamı and içmisən, insan övladı?! Ağrılarmı bezsin səndən?! Heç pis olmazmısan sən? Heçmi ağramaz qəlbin və heçmi sızlamaz köhnə yaralar deşildikcə daha da içə?!"
"Görmürsənmi, ağrayır? Onun da var bir qəlbi, gizlətməkdə axsayır."
Hə, dost, gördünmü?
Ağrıtmaq istəyənlər çox.
Bəlkə gözlərin yaş və islaq, amma duyğuların tox.
Saxla özünə, biruzə də vermə.
Bu məktubu da hisslərinin içinə dəfn et. Oralarda qalsın. Sonra çürüsün yavaş-yavaş. Ağrılar yox olduqca yox olacaq bu məktub da elə.

"Yayla-yayla gezersin de çimenleri ezersin,
7 türlü çiçek var, hangisine benzersin?"

Müəllif: Pəri Abbaslı
Tarix: 06-08-2016

Qələmə qüvvətWhere stories live. Discover now